Mübariz Mənsimov Abramoviçlə niyə görüşəcək?
Bizi izləyin

İdman

Mübariz Mənsimov Abramoviçlə niyə görüşəcək?

Mübariz Mənsimov Abramoviçlə niyə görüşəcək?

“Beşiktaş” azarkeşi olan azərbaycanlı iş adamı, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov transfer çalışmalarında “ağ-qaralar”a kömək edəcək.

Publika.az xəbər verir ki, o, İstanbul klubunun heyətinə qatmaq istədiyi hücumçu Demba Ba üçün “Çelsi” klubunun prezidenti Roman Abramoviçlə görüşəcək.

Tərəflərin bu yaxınlarda Bodrum şəhərində bir araya gələcəyi bildirilir.

Qeyd edək ki, Seneqal millisinin də üzvü olan Ba ötən mövsümdən İngiltərə təmsilçisinin formasını geyinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm