• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bunu gözləyirdi, indi “Real”a keçir

  • İdman
  • 14 İyul 2014 14:43
  • 412 Baxış
Bunu gözləyirdi, indi “Real”a keçir

Almaniya millisinin üzvü Toni Kroos yeni mövsümdən karyerasını “Real”da davam etdirəcək.

Publika.az xəbər verir ki, “Bavariya”nın futbolçusu bu barədə Argentinaya qalib gəldikdən (1:0) sonra Almaniyanın ZDF kanalına açıqlamasında deyib:

“Dünya birinciliyi bizim üçün uğurla tamamlandı. Artıq ikinci arzumu gerçəkləşdirmək vaxtıdır. Yeni mövsümdən “Real”da oynayacam”.

Bu keçid üçün Madrid təmsilçisini Kroosun müqavilə ilə məxsus olduğu “Bavariya”ya 25 milyon avro təzminat ödəyəcəyi gözlənilir.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR