Putinin gözü qarşısında qalmaqal törədən rus – VİDEO
Bizi izləyin

İdman

Putinin gözü qarşısında qalmaqal törədən rus – VİDEO

Putinin gözü qarşısında qalmaqal törədən rus – VİDEO

Almaniya və Argentina arasında baş tutan dünya çempionatının final matçının 90-cı dəqiqəsində qəribə hadisə yaşanıb.

Bir futbol azarkeşi meydana daxil olaraq qaçmağa başlayıb. Publika.az xəbər verir ki, çılğın azarkeşin bədənindəki “Natural born prankster” (anadangəlmə zarafatcıl) yazısı diqqət çəkib.

Maraqlıdır ki, rus əsilli azarkeş Vitali Zdorovetskiy bu cür hərəkət edə biləcəyini əvvəlcədən üstüörtülü şəkildə bəyan edib. Zdorovetskiy, "twitter"də matçdan öncə və matç günü yazdıqlarıyla cılğınlıq edəcəyinə işarə vurub.

Vitali Zdorovetskiy sosial şəbəkədə matçdan təxminən 20 saat əvvəl - “Sabah televiziyada görüşərik, uşaqlar. Almaniya-Argentina”, görüşün başlamasına az qalmış isə "Bu gün mənim üçün böyük bir gündür" sözlərini yazıb.

Dediyini edən azarkeş Almaniya millisinin oyunçusu Benedikt Hövedesi öpməyə də çalışıb. Hər kəsi təəccübləndirən çılğın azarkeşi təhlükəsizlik işçiləri zərəsizləşdiriblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də final qarşılaşmasını “Marakana”da izləyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm