Azərbaycanlı məşqçini bıçaqladılar
Bizi izləyin

İdman

Azərbaycanlı məşqçini bıçaqladılar

Azərbaycanlı məşqçini bıçaqladılar

"Simurq"un seleksioner məşqçisi Mehman Hacıyev bu gün Gəncədə bıçaqlanıb. Publika.az xəbər verir ki, bu haqda məlumatı futbolinfo.az saytı yayıb. 1974-cü il təvəllüdlü mütəxəssisə 4 bıçaq zərbəsi vurulub.

Hazırda o, reanimasiyadadı. Hacıyevin bıçaqlanma səbəbi məlum deyil. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Hacıyev əslən Gəncəlidi. O, xeyli müddət idi Zaqatala klubunda çalışsa da, bu ayın əvvəlində "Simurq"la yollarını ayırmışdı.

Xatırladaq ki, Mehman Hacıyev 2013-cü ildə UEFA-nın "C" kateqoriyasını almış məşqçidi. O, futbolçu karyerası ərzində "Kəpəz" (1992-2000), "Qarabağ" (2000-2002) kimi klublarda top qovub. 1994/95 və 1998/99-cu illərdə ölcə çempionu olub, 3 dəfə kubokun qalibi adını qazanıb.

Məşqçi karyerası ərzində isə "Kəpəz"də əvəzedici heyətin baş məşqçisi, əsas komandanın baş məşqçinin köməkçisi kimi çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm