Rihannanın sevgilisi idmançını hədələdi: "Doğrayaram"
Bizi izləyin

İdman

Rihannanın sevgilisi idmançını hədələdi: "Doğrayaram"

Rihannanın sevgilisi idmançını hədələdi: "Doğrayaram"

Avstraliyalı tennisçi Nik Kirqios Uimbildon turnirinin 3-cü mərhələsində məğlub olmasına qəribə izah verib.

Publika.az xəbər verir ki, tennisçi məğlubiyyətinin kanadalı reper, Rihannanın keçmiş sevgilisi Dreykin musiqisi ucbatından baş verdiyini deyib.

Uimbildon tennis turnirinin üçüncü dövrəsində Kirqios İrja Vesela ilə görüşməli olub. 19 yaşlı avstraliyalı rəqibinə 3:6 hesabıyla məğlub olub. O, məğlubiyyətinin səbəbini matçdan əvvəl Dreykin musiqisinə qulaq asmaqda görüb: “Repə çox qulaq asmalı oldum. Ümid edirəm, mən bir daha buna qulaq asmayacam”.

Musiqiçi də öz növbəsində onu cavabsız qoymayıb. Dreyk deyib: “Mən bu oğlanla üz-üzə gəlib onun necə bir insan olduğunu görmək istərdim. Bundan sonra isə onu doğrayardım. Heç kim onun adını belə yadda saxlamayacaq, çünki o, əbədi olaraq uduzacaq”.

Kirqios musiqiçinin bu sözlərindən sora üzr istəməli olub:

“Gəlin bu hadisəyə aydınlıq gətirək. Mən Dreykin musiqisini bəyənirəm. Sadəcə, onun musiqisini dinlədikdən sonra korta çıxarkən yeknəsəq idim”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm