“Qarabağ” adanı belə aldı – VİDEO
Bizi izləyin

İdman

“Qarabağ” adanı belə aldı – VİDEO

“Qarabağ” adanı belə aldı – VİDEO

Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu mərhələdən mübarizəyə başlayıb.

Təmsilçimiz ilk oyununu səfərdə keçirib və Maltada "Valletta"nın qonağı olub. Ta-Qali stadionundakı oyunun taleyini bir qol həll edib. 17-ci dəqiqədə Çumbinyo hesabı açıb. 85-ci dəqiqədə Danilo Diasa qarşı kobudluq edən Conatan Karuana meydandan qovulub və "Valletta"nın qapısına penalti təyin edilib. Lakin topa yaxınlaşan Riçar Almeyda onu düz qapıçının üstünə vurub. Bununla da "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

15 iyul

Valletta (Malta) - Qarabağ (Azərbaycan) 0:1

Qol: Cumbinyo, 17.

Valletta: 28. Nikki Velya, 2. Conatan Karuana, 3. Yan Azzopardi, 5. Rayan Kamilleri, 6. Rayan Fenek (k), 8. Faria, 10. Roderik Briffa, 15. Latif Elford Aliyu (9. Raaael Xooh-Sohna, 72), 18. Şon Bayada (17. Sirac Arab, 90+2), 30. Abdulkarim Nafti (24. Yan Zammit, 84), 36. Luke Dimeş.

Ehtiyat oyunçular: 1. Yenz Cini, 11. Luke Montebello, 14. Hamшd Alkamali, 22. Daniel Ramilleri.

Baş məşqçi: Cilbert Aqius.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (7. Namiq Yusifov, 79), 24. Admir Teli (k), 25. Ansi Aqolli, 9. Reynaldo Silva, 10. Muarem Muarem (11. Danilo Dias, 72), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 41. Leroy Corc (17. Vüqar Nadirov. 87), 55. Bədavi Hüseynov, 70. Cumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 14. Rəşad Sadıqov.

Baş məşqçi: Qurban Qurbanov.

Dəqiq olmayan penalti: Riçard Almeyda, 85.

Sarı vərəqələr: Roderik Briffa, 71. Faria, 90+2.

Qırmızı vərəqə: Conatan Karuana, 84.

Hakimlər: Adrian Cakottet, Yohannes Vogel, Stepan De Almeyda, Sandro Şkarer (İsveçrə).

Hakim-inspektor: Alain Hamer (Lüksemburq).

UEFA nümayəndəsi: Serxio Di Cesare (İtaliya).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm