• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Çexiyada Lafata rüzgarı

  • İdman
  • 16 İyul 2014 09:53
  • 374 Baxış
Çexiyada Lafata rüzgarı

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ötən gecə Avropa arenalarında 12 qarşılaşma baş tutub.

Azərbaycan çempionu "Qarabağ" Maltada meydana çıxıb. Təmsilçimizin rəqibi "Valletta"nın qonağı olub və Çumbinyonun vurduğu tək qolla qələbəni bayram edib.

"Şerif" Çernoqoriyanın "Sutyeska" klubunu 2:0 hesabı ilə yenib. Moldovalıların ilk qolunu "Xəzər Lənkəran"ın sabiq üzvü Andrey Mureşan vurub.

Gecənin ən bol qollu oyunu Praqada baş tutub. Bu matçda "Sparta" "Levadiya"nı 7:0 hesabı ilə yenib. Qollardan 5-nə imza atan David Lafata "penta-trik" edib.

4 qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacan.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyunlar

15 iyul

Valletta (Malta) - Qarabağ (Azərbaycan) 0:1

Qol: Çumbinyo, 17.

Slovan (Slovakiya) - TNS (Uels) 1:0

Qol: Erik Çikoş, 52.

Şerif (Moldova) - Sutyeska (Çernoqoriya) 2:0

Qollar: Andrey Mureşan, 71. İsmail İsa, 87.

BATE (Belarus) - Skenderbeu (Albaniya) 0:0

Zrinski (Bosniya və Herseqovina) - Maribor (Sloveniya) 0:0

Rabotniçki (Makedoniya) - HİK (Finlandiya) 0:0

Santa Koloma (Andorra) - Makkabi (Təl-Əviv, İsrail) 0:1

Qol: Rade Prisa, 64.

Dinamo (Xorvatiya) - Jalgiris (Litva) 2:0

Qollar: Hillel Sudani, 58. Domaqoy Antoliç, 70.

Kliftonvill (Şimali İrlandiya) - Debretsen (Macarıstan) 0:0

Partizan (Serbiya) - Torşavn (Farer adaları) 3:0

Qol: Danko Lazoviç, 14; 64. Petar Şkuletiç, 71.

Sparta (Çexiya) - Levadiya (Estoniya) 7:0

Qollar: David Lafata, 22; 44; 45+4-pen; 57; 60. Toni Tipuriç, 55 (avtoqol). Tomaş Prikryl, 84.

Reykyavik (İslandiya) - Seltik (Şotlandiya) 0:1

Qol: Kallum Makqreqor, 94.

16 iyul

22.00 Dinamo (Tiflis, Gürcüstan) - Aktobe (Qazaxıstan)

22.00 Ludoqorets (Bolqarıstan) - Dudelange (Lüksemburq)

22.00 Malmö (İsveç) - Ventspils (Latviya)

22.30 Stromsqodset (Norveç) - Styaua (Rumıniya)

23.45 Legia (Polşa) - Sent Patriks (İrlandiya)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR