Qurbanov adanın fəthindən danışdı
Bizi izləyin

İdman

Qurbanov adanın fəthindən danışdı

Qurbanov adanın fəthindən danışdı

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Valletta" klubu ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.

Publika.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:

"Gördüyünüz kimi, asan oyun olmadı. Maltalılar 90 dəqiqə göstərdi ki, hər an qol vurmağa qadirdi. Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq.

Amma bu, bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir. Bakıda maltalıların vuracağı qol hesabın bərabərləşməsi deməkdi. Artıq bu oyunu unudub, cavab görüşünü fikirləşmək lazımdı.

Bakıda bizi heç də asan oyun gözləmir. Oyuna gəlib, bayrağımızı tribunada dalğalandıran azsaylı azarkeşlərimizə də verdiyi dəstəyə görə təşəkkür edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm