İlk gündə qənimətimiz gümüş oldu
Bizi izləyin

İdman

İlk gündə qənimətimiz gümüş oldu

İlk gündə qənimətimiz gümüş oldu

Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı keçirilir.

Publika.az-n məlumatına görə, çempionatın ilk günündə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində yunan-roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 gümüş medalla başa vurub.

100 kq çəki dərəcəsində mübarizə aparan Cavid Feyziyev finala qədər Çexiya, Polşa, Belarus və Rusiya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Finalda onun rəqibi Gürcüstan idmançısı olub. Cavid rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

100 kq

1/16 final - Cavid Feyziyev - Zdenek Klement (CZE) 8:0

1/8 final - Cavid Feyziyev - İstva Berei Lenards (ROU) 8:0

1/4 final - Cavid Feyziyev - Arsen Siçov-Bopambe (BLR) 3*:3

1/2 final - Cavid Feyziyev - Oleq Ağaxanov (RUS) 9:1

FİNAL - Zviad Pataridze (GEO) - Cavid Feyziyev 7:0

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm