Rusiyanı “DÇ-2018” dərdi alıb
Bizi izləyin

İdman

Rusiyanı “DÇ-2018” dərdi alıb

Rusiyanı “DÇ-2018” dərdi alıb

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında stadionların sayı 12-dən 10-a endirilə bilər.

Publika.az xəbər verir ki, buna Rusiyanın qarşılaşdığı ciddi maliyyə problemləri rəvac verir. Kalininqrad, Volqoqrad və Yekaterinburqda inşa edilən stadionların maya dəyəri daha çox ola bilər.

Bunda əlavə, bu şəhərlərdə nəqliyyat və otel infrastrukturu da yenidən qurulmalıdır. Bunun üçün isə fantastik miqdarda vəsait tələb olunur. Bu şəhərlərdə tikiləcək stadionların hər biri üçün 450 milyon dollar vəsait nəzərdə tutulub.

Ancaq mühəndislərin hesablamalarına görə, tikintiyə daha artıq vəsait lazım olacaq. Nəqliyyat və otel infrastrukturunun da yenidən qurulacağını nəzərə alsaq, Rusiya ciddi maliyyə problemi il üz-üzə qalacaq. Bu amili nəzərə alıb, dünya çempionatını 12 yox, 10 stadionda keçirmək ideyası gündəmə gəlib.

Bir müddət əvvəl FİFA prezidenti Jozef Blatter də mundialın 12, yox 10 stadionda keçirilə biləcəyini bildirmişdi.

Rusiyanın idman naziri Vitali Mutko mətbuata verdiyi açıqlamada məsələyə belə münasibət bildirib:

“Dünya çempionatının 12 şəhərdə keçirilməsi ilə bağlı konsepsiya var. Başqa variant isə hələ ki yoxdur”.

Mütəxəssislərin fikrincə, Kalininqrad və Volqoqradda vəziyyət daha pis olduğu üçün bu şəhərlərdə dünya çempionatı keçirilməyə bilər.

Qeyd edək ki, Kalininqraddakı stadionun podratçısı Araz Ağalarova məxsus “Crocus Group”, Volqoqraddakı stadionun podratçısı isə Gennadi Timçenkonun “Stroytransqaz” şirkətidir.

Yekaterinburqdakı stadionu isə Dmitri Pumpyanskinin “Sinara-development” şirkəti tikməlidir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm