Mübariz Mənsimov Abramoviçlə anlaşdı
Bizi izləyin

İdman

Mübariz Mənsimov Abramoviçlə anlaşdı

Mübariz Mənsimov Abramoviçlə anlaşdı

"Beşiktaş" Demba Ba ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, İstanbul klubu seneqallı futbolçunun transferi üçün "Çelsi" ilə rəsmi danışıqlara başladığını elan edib.

Türk klubları bu cür məlumatları əsasən transfer çalışmaları bitmək üzrə olanda yayır. Bu isə Demba Banın yaxın günlərdə "Beşiktaş"la müqavilə bağlayacağını deməyə əsas verir.

Qeyd edək ki, Türkiyə mətbuatı bir neçə gün əvvəl "Beşiktaş"ın bu transfer üçün Mübariz Mənsimovdan yardım istəməsi barədə xəbər yaymışdı. Belə ki, "Palmali" şirkətlər qrupunun sahibi və "Xəzər Lənkəran"ın fəxri prezidenti "Çelsi"nin sabihi Roman Abramoviçin yaxın dostudu.

Klub rəhbərliyi "Beşiktaş" azarkeşi olan Mənsimovdan kömək istəyib. O, Abramoviçi Demba Banı "Beşiktaş"a verməsi üçün razı salmalı idi. Görünür, azərbaycanlı iş adımı klub rəhbərliyinin bu istəyini yerinə yetirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm