FİDE prezidenti: “İlham Əliyevin dəstəyini hiss edən bakılılar şahmat tacını ölkəyə qaytarmaq istəyirlər”-Müsahibə
Bizi izləyin

İdman

FİDE prezidenti: “İlham Əliyevin dəstəyini hiss edən bakılılar şahmat tacını ölkəyə qaytarmaq istəyirlər”-Müsahibə

FİDE prezidenti: “İlham Əliyevin dəstəyini hiss edən bakılılar şahmat tacını ölkəyə qaytarmaq istəyirlər”

FİDE prezidenti: “İlham Əliyevin dəstəyini hiss edən bakılılar şahmat tacını ölkəyə qaytarmaq istəyirlər”-Müsahibə

FİDE-nin prezidenti Kirsan İlyumjinov Rusiyada çıxan “Nezavisimaya qazeta” nəşrinə verdiyi müsahibədə Azərbaycanda şahmatın inkişafından danışıb. Publika.az müsahibəni ixtisarla təqdim edir.

- Kirsan Nikolayeviç, bu yaxınlarda siz dünya şahmat tacı uğrunda qarşıdakı matçın keçirilməsi hüququ uğrunda tenderin başlanmasını elan etdiniz və belə bir qeyd-şərt əlavə etdiniz ki, potensial təşkilatçıların təklifinin həcmi ən azı 10 milyon dollar olmalıdır. Şahmat yarışlarında indiyə qədər heç vaxt bu cür sanballı mükafat fondu olmamışdır!

- Fikrimcə, bu matça maraq o qədər güclüdür ki, bəyan edilmiş seçim səviyyəsinə baxmayaraq sifarişlərlə bağlı problem olmayacaqdır. Axı mən əvvəlcə bazarda vəziyyətlə maraqlanmışam, şəraiti qiymətləndirmişəm. Əlbəttə, şahmatda olduğu kimi, biznesdə də risk elementi vardır, lakin bu risk məni işə daha da səfərbər edir. İlin əsas matçının büdcəsinin bu qədər böyük olması isə şahmata diqqəti cəlb edəcək və turnirlərin əksəriyyətində mükafat fondlarını artırmağa kömək edəcəkdir.

- Ola bilərmi ki, matçın qiyməti həm də iddiaçının kimliyindən asılı olacaqdır?

- Qrossmeysterlər turnirinin 8 iştirakçısının hamısı həm çox güclü şahmatçı, həm də, belə demək mümkündürsə, pullu iddiaçılardır.

- Mən istedadlı Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovu xatırlamaq istəyirəm...

- Bəli, ölkə Prezidenti İlham Əliyevin daimi dəstəyini hiss edən bakılılar şahmat tacını ölkəyə qaytarmaq istəyirlər. Gələn il Bakıda Dünya Kuboku keçiriləcək. Gözəlliyinə görə fantastik təsir bağışlayan Şahmat Sarayının tikintisi isə artıq başlamaq üzrədir. Bu, 2016-cı ildə dünya Şahmat Olimpiadasının keçirilməsi ilə bağlıdır.

Əminəm ki, digər iddiaçıların da nüfuzlu sponsorları tapılacaqdır. Bu, dünya çempionu Maqnus Karlsenə daha çox aiddir.

- Olimpiadadan söz düşmüşkən, soruşmaq istərdim: Olimpiya Oyunlarının proqramına şahmatın daxil edilməsində əsas problem nədən ibarətdir?

- Problemlərdən biri ondan ibarətdir ki, məsələn İngiltərədə yalnız fiziki qüvvə tətbiq edilməsi ilə bağlı olan məşğuliyyət idman hesab edilir. Mən parlamentdə çıxış etmişəm, deputatlarla görüşmüşəm. Biz hətta belə bir zarafat etdik: parlamentin binası qarşısında böyük bir şahmat taxtası yerləşdirdik, şahmat fiqurlarının içərisinə isə çuqun doldurduq. Məsələn, atın çəkisi təxminən 50 kiloqram idi. Onu yerindən tərpətmək üçün xeyli fiziki qüvvə tətbiq etmək lazım idi.

- Bu zarafatın təsiri oldumu?

- Zarafatı qiymətləndirdilər, gülüşdülər... Qış idman növləri ilə başqa bir problem də var. Bu idman növlərinə yalnız qardan və ya buzdan istifadə edilən növlər aid edilir. Lozannada Beynəlxalq Olimpiya Komitəsinin üzvləri ilə görüşə gedəndə mən özümlə içərisi boş rezin şahmat götürmüşdüm. Fiqurların içərisinə su doldurduq, onları qapaqla bağlayıb dondurucuya qoyduq. Dondurduq. Fiqurlar əriyənə qədər beş saat “buzdan istifadə etməklə” oynamaq olar.

Zarafat öz yerində, lakin BOK üzvlərinin əksəriyyəti çoxdan başa düşür ki, olimpiya oyunlarının proqramına şahmatın daxil edilməsi bu oyunlara marağı yalnız artırardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm