Məsud Özil Fələstinə yardım etdi
Bizi izləyin

İdman

Məsud Özil Fələstinə yardım etdi

Futbol üzrə son dünya çempionu Almaniya millisinin türk əsilli oyunçusu Məsud Özil mundialda aldığı 350 min dollar mükafatı fələstinli uşaqlara bağışlayıb.

ANS PRESS-in məlumatına görə, Məsud Özil komandasının finala çıxmasına görə Almaniya Futbol Federasından aldığı 237 min dollar mükafatını da Qəzzaya göndərib.

Həmçinin Almaniyanın dünya çempionatının yarımfinalında Braziliyanı məğlub etməsinə görə qazandığı 118 min dollar mükafatı da fələstinli uşaqlara hədiyyə edəcəyini açıqlayan Özilin İsraili dəstəkləyən bir FIFA səlahiyyətlisinin əlini sıxmaqdan imtina etdiyi də bildirilir.

Qeyd edək ki, dünya çempionatında pley off-a vəsiqə qazanan Əlcəzair millisi və Portuqaliyanın ulduz oyunçusu Kriştiano Ronaldo da Fələstinə yardım edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm