• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Neftçi”nin ilk, “İnter”in 2-ci imtahanı

  • İdman
  • 17 İyul 2014 12:05
  • 442 Baxış
“Neftçi”nin ilk, “İnter”in 2-ci imtahanı

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, bu gecə Azərbaycanın iki təmsilçisi də meydana çıxacaq.

Ölkə kubokunun sahibi "Neftçi" Sloveniyanın "Koper" klubunu qəbul edəcək. Saat 20.00-da başlayacaq oyun "Bakcell Arena"da keçiriləcək. Qarşılaşmanı belaruslu FİFA referisi Denis Şerbakov idarə edəcək.

"Koper" klubu 1920-ci ildə yaradılıb. 94 yaşlı klub 1 dəfə Sloveniya çempionu, 2 dəfə ölkə kubokunun və 1 dəfə Superkubokunun qalibi olub. 2013/14 mövsümünü 2-ci pillədə başa vuran komandaya Rodolfo Vanoli başçılıq edir. "Koper"in heyətində Bosniya və Hersoqovinadan 3, Xorvatiya və İtaliyadan 1 legioner çıxış edir. "Neftçi"nin rəqibi ötən ay "Qəbələ" ilə yoxlama oyunu keçirmiş və 1:0 hesabı ilə qalib gəlmişdi.

Bu gün "İnter" də II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. "Tiraspol"u mübarizədən kənarlaşdıran Premyer Liqanın gümüş mükafatçısı İsveçdə "Elfsborq"un qonağı olacaq. Bakı vaxtı ilə saat 21.00-da başlayacaq oyun "Boras Arena"da keçiriləcək. Qarşılaşmanı italyan FIFA referisi Davide Massa idarə edəcək.

"Elfsborq" klubu 1904-cü ildə yaradılıb. 110 yaşlı klub 6 dəfə İsveç çempionu, 3 dəfə ölkə kubokunun və 1 dəfə Superkubokunun qalibi olub. Ötən mövsümü 6-cı pillədə başa vuran "İnter"in rəqibi hazırda davam edən yeni mövsümün 14 turundan sonra 4-cü pillədə qərarlaşıb. Komandaya Klas İngesson başçılıq edir. "Elfsborq"un heyətində Danimarkadan 2, Norveç və Livandan 1 legioner çıxış edir.

Avropa Liqası

II təsnifat mərhələsi

İlk oyun

17 iyul

20.00 Neftçi (Azərbaycan) - Koper (Sloveniya)

Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Andrey Getikov, Aleksey Kulbakov (Belarus).

Hakim-inspektor: Sergey Zuyev.

Bakı. "Bakcell Arena".

21.00 Elfsborq (İsveç) - İnter (Azərbaycan)

Hakimlər: Davide Massa, Rikkardo Di Fiore, Andrea Krispo, Sebastiano Peruzzo (İtaliya).

Hakim-inspektor: Uillyam Younq (Şotlandiya).

Boras. "Boras Arena".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR