“Bakı”nın və AZAL-ın futbolçuları oyun satırmış
Bizi izləyin

İdman

“Bakı”nın və AZAL-ın futbolçuları oyun satırmış

“Bakı”nın və AZAL-ın futbolçuları oyun satırmış

Syerra Leone Futbol Federasiyasının rəhbərliyi yığma komandanın dörd üzvünü diskvalifikasiya edib.

Publika.az xəbər verir ki, onlar danışılmış oyunlarda iştirak etməkdə ittiham olunurlar.

Dörd futbolçu arasında Azərbaycan futbolsevərlərinə yaxından tanış olan iki oyunçu da var. Bunlar vaxtilə "Bakı"da çıxış etmiş İbrahim Karqbo, eləcə də "Rəvan" və AZAL-da oynamış Samuel Barlaydı.

Federasiya rəhbərliyinin bu barədə yaydığı xəbərdə bildirilir ki, sözügedən oyunçular 2008-ci ildə Syerra Leone ilə Cənubi Afrika Respublikası (CAR) arasında keçirilmiş oyunun nəticəsini (0:0) öncədən razılaşdırıblar.

Üstündən illər keçməsinə baxmayaraq, bu qalmaqala görə 4 futbolçu ilə yanaşı, 3 hakim, eləcə də 8 federasiya rəsmisi də cəzalandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm