Rövnəq Abdullayev “Hafka”ya 138 min dollar borc verdi
Bizi izləyin

İdman

Rövnəq Abdullayev “Hafka”ya 138 min dollar borc verdi

Rövnəq Abdullayev “Hafka”ya 138 min dollar borc verdi

"Bakı"nın Aleksandr Tamovski və Ruslan Leviqaya borclarını AFFA ödəyib.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Baş katib bildirib ki, "Bakı" borcların ödənməsi istiqamətində heç bir addım atmayıb: "Çox təəssüf ki, "Bakı" bununla bağlı heç nə etmədi. Biz Tamovskiyə 78 min 499 dollar, Leviqaya isə 59 min 975 dollar ödədik. Amma bunu borc şəklində vermişik. Yəni, "Bakı"ya kredit açılıb".

Məmmədov "Bakı"nın 2014/15 mövsümündə Premyer Liqaya buraxılacağını və sabah keçiriləcək püşkatma mərasimində iştirak edəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm