İspaniyanın hegemonluğuna son qoyuldu
Bizi izləyin

İdman

İspaniyanın hegemonluğuna son qoyuldu

İspaniyanın hegemonluğuna son qoyuldu

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisi 10 pillə irəliləyib.

Hesabat dövründə heç bir oyun keçirməyən yığmamız 83-cü yerdən 73-cü pilləyə yüksəlib. Aktivində 410 xal olan komandamız Makedoniya, Kabo-Verde, Avstraliya, Zambiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Anqola, Belarus, Konqo və Yamaykanı arxada qoyub.

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən üçü - Xorvatiya 1 (17-ci pillə, 955 xal), Norveç 2 (53-cü pillə, 520 xal), Bolqarıstan 6 (72-ci pillə, 425 xal) pillə irəliləyib. Dunya çempionatında uğursuz çıxış edən İtaliya 5 (14-cü pillə, 1056 xal), Malta isə 18 (150-ci yer, 146 xal) pillə geriləyib.

Braziliyada keçirilən dünya çempionatı reytinq siyahısında ciddi dəyişikliklərə səbəb olub. Uzun müddət zirvədə qərarlaşan İspaniyanın hegemonluğu başa çatıb. Pireneylilər 7 pillə geriləyiblər. Braziliya 4, İtaliya 5 və İngiltərə 10 pillə geri düşüb. Sonuncu iki komanda ilk “10-luq”dan da kənar düşüb. İtaliya hazırda dünyanın 14, İngiltərə isə 20-ci komandasıdı.

Əvəzində Almaniya 1-ci yerə qalxıb. Hollandiya isə böyük sıçrayış edib. Argentina 5-ci yeri 2-yə dəyişib. "Narıncılar" 15-ci yerdən 3-cü pilləyə qalxıb. Belçika və Fransa da ilk "10-luğ"a daxil olub.

1 (2). Almaniya - 1724

2 (5). Argentina - 1606

3 (15). Hollandiya - 1496

4 (8). Kolumbiya - 1492

5 (11). Belçika - 1401

6 (7). Uruqvay - 1330

7 (3). Braziliya - 1241

8 (1). İspaniya - 1229

9 (6). İsveçrə - 1216

10 (17). Fransa - 1202

Türkiyə millisi 3 pillə irəliləyərək 32-ci olub. Rusiya 4 pillə geriləyərək 23-cü pilləyə düşüb. Ermənistan 3 (41-ci yer), İran 6 pillə (49-cu yer) geriləyib, Gürcüstan mövqeyini qoruyub (96-cı yer).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm