Özil fələstinli yox, braziliyalı uşaqlara yardım edib
Bizi izləyin

İdman

Özil fələstinli yox, braziliyalı uşaqlara yardım edib

Özil fələstinli yox, braziliyalı uşaqlara yardım edib

Dünya çempionu Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özil mükafat kimi aldığı 450 min avronu xeyriyyə məqsədilə xərcləyib.

Publika.az xəbər verir ki, Özil bu məbləği 23 braziliyalı uşağın əməliyyat olunmasına ayırıb.

Mətbuatda Özilin vəsaiti fələsinli uşaqlara ayırdığı barədə məlumat yayılmışdı. Futbolçunun təmsilçisi Roland Eytel bunu təkzib edib:

“Özilin Fələstinə yardım etməsi ilə bağlı yayılan məlumat yanlışdır. Ola bilsin ki, gələcəkdə belə addım atılsın”.

Futbolçu özü facebook səhifəsində məsələyə belə münasibət bildirib:

“Çempionatdan əvvəl 11 braziliyalı uşağın əməliyyat oluması üçün vəsait ayırmışdım. Amma çempionluqda təkcə 11 nəfərin yox, bütün komandanın əməyi var.

Ona görə də qərara gəldim ki, 23 uşağın əməliyyat xərcini ödəyim. Bu, mənim xüsusi təşəbbüsüm idi. Bu addımla braziliyalıların qonaqpərvərliyinə minnətdarlıq etmək istədim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm