Azərbaycan çempionatında 1/4 finala vəsiqə qazanan boksçuların adları
Bizi izləyin

İdman

Azərbaycan çempionatında 1/4 finala vəsiqə qazanan boksçuların adları

Boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Artıq 1/4 finala vəsiqə qazanan bütün idmançıların adları məlum olub.

Boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Artıq 1/4 finala vəsiqə qazanan bütün idmançıların adları məlum olub.

Publika.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, 56 kq çəki dərəcəsində milli komandaya namizədlərdən sayılan Tural Əhmədov 1/8 final mərhələsini qələbə ilə başa vurub. "Gilan" klubunun üzvü Ramiz Məmmədov üzərində qələbə qazanıb.

Bir müddət öncə karyerasını bitirdiyini açıqlayan Rəhim Nəcəfov yenidən rinqə qayıdıb. Milli komandamızın sabiq kapitanı ilk döyüşdə Naxçıvan idmançısı Rəşad Əliyevi məğlub edib.

2011-ci ilin yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı Araz Gülməmmədov Balakən boksçusu Rauf Əmirbəyovla döyüşdən qalib ayrılıb.

60 kq çəki dərəcəsində qələbəyə əsas namizədlərdən Elvin İsayev də 1/4 finala vəsiqəni təmin edib. Milli komandamızın üzvü Sumqayıt təmsilçisi Süleyman Süleymanov üzərində qələbə qazanıb.

Ötən il gənclər arasında Avropa çempionu olmuş Nəsrəddin Məmmədov Pərviz Səfərçinovu mübarizədən kənarlaşdırıb.

64 kq çəki dərəcəsində gücünü sınayan "Qəbələ" klubunun üzvü Lorenzo Sotomayorla Fərid İsmayılovun görüşü gərgin keçib. Kuba əsilli idmançı çətin qələbə qazanaraq 1/4 finala yüksəlib.

Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin bürünc mükafatçısı Pərviz Bağırov (69 kq) da 1/18 final mərhələsində qələbə qazanıb. Qazaxıstanda keçirilən son dünya çempionatının iştirakçısı "Sədərək" klubunun üzvü Şəmistan Novruzlunu texniki nokautla məğlub edib.

69 kq çəki dərəcəsində millimizin 1-ci nömrəsi Tamerlan Abdullayev, milli komandamıza namizədlərdən olan Elnur Süleymanov, "Baku Fires"in üzvü Osman Əliyev də növbəti mərhələyə vəsiqə əldə ediblər.

"Baku Fires"in daha bir nümayəndəsi Xaybulla Musalov (75 kq) 1/8 final mərhələsində Tamerlan Məmmədovu 1-ci raundda texniki nokautla məğlub edib.

Qeyd edək ki, ilk dəfə olaraq baş geyimi olmadan keçirilən Azərbaycan çempionatına yanvarın 31-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm