"Neftçi" "Vosmoy"da qəzaya uğradı
Bizi izləyin

İdman

"Neftçi" "Vosmoy"da qəzaya uğradı

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, bu gecə Azərbaycanın iki təmsilçisi meydana çıxacaq.

Ölkə kubokunun sahibi "Neftçi" Sloveniyanın "Koper" klubunu qəbul edəcək. Saat 20.00-da başlayacaq oyun "Bakcell Arena"da keçiriləcək. Qarşılaşmanı belaruslu FIFA referisi Denis Şerbakov idarə edəcək.

"Koper" klubu 1920-ci ildə yaradılıb. 94 yaşlı klub 1 dəfə Sloveniya çempionu, 2 dəfə ölkə kubokunun və 1 dəfə Superkubokunun qalibi olub. 2013/14 mövsümünü 2-ci pillədə başa vuran komandaya Rodolfo Vanoli başçılıq edir. "Koper"in heyətində Bosniya və Hersoqovinadan 3, Xorvatiya və İtaliyadan 1 legioner çıxış edir. "Neftçi"nin rəqibi ötən ay "Qəbələ" ilə yoxlama oyunu keçirmiş və 1:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, bu gün "İnter" də II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. "Tiraspol"u mübarizədən kənarlaşdıran Premyer Liqanın gümüş mükafatçısı İsveçdə "Elfsborq"un qonağı olacaq.

Avropa Liqası

II təsnifat mərhələsi

İlk oyun

17 iyul

Neftçi (Azərbaycan) - Koper (Sloveniya) 1:2

Qollar: Araz Abdullayev, 45+1 - Qoran Qaleşiç, 24. Matey Palciç, 41.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (21. Samir Məsimov, 78), 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 18. Kaue Sesilyo (19. Mirhüseyn Seyidov, 59), 27. Məqsəd İsayev, 90. Ernest Nfor (23. Ruslan Qurbanov, 73).

Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev, 95. Elvin Bədəlov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Koper: 25. Bojidar Radoşeviç, 5. Miha Blajiç, 7. İvika Quberaç (k), 11. Perika İvetiç, 14. Qoran Qaleşiç (10. Mitya Lotriç, 83), 16. Denis Haliloviç, 20. Domen Çrniqoy, 27. Damir Hadziç, 29. Matey Palciç (3. Miha Qreqoriç, 87), 33. Miroslav Kovilo, 30. Jaka Stromayer (49. Matey Puçko, 66).

Ehtiyat oyunçular: 1. Ermin Hasiç, 4. Denis Sme, 8. Urban Zibert, 18. Leo Stulaç.

Baş məşqçi: Rodolfo Vanoli.

Sarı vərəqələr: Karlos Kardoso, 52. Flavinyo, 54. Erik Ramos, 90 - İvika Quberaç, 52. Denis Haliloviç, 67.

Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Andrey Getikov, Aleksey Kulbakov (Belarus).

Hakim-inspektor: Sergey Zuyev.

Bakı. "Bakcell Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm