• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Forbes” ən dəyərliləri müəyyənləşdirdi

  • İdman
  • 18 İyul 2014 11:15
  • 823 Baxış
“Forbes” ən dəyərliləri müəyyənləşdirdi

“Forbes” dünyanın ən dəyərli 50 klubunu müəyyənləşdirib.

Publika.az xəbər verir ki, siyahının ilk üç pilləsini futbol klubları tutub.

Araşdırmanın nəticəsinə görə, dünyanın ən dəyərli klubu “Real”dır. Çempionlar Liqasının son qalibinin dəyəri 3.44 milyard dollardır. “Real”ı 3.2 milyard dollarla “Barselona” izləyir. İlk “üçlüy”ü “Mançester Yunayted” qapayır - 2.81 milyard dollar.

Dünya çempionu Almaniyanın ən dəyərli klubu “Bavariya”dır. Münhen klubu 1.85 milyard dollar dəyərindədir.

1. Real (futbol) - 3,44 (milyard dollar)

2. Barselona (futbol) 3,2

3. Mançester Yunayted (futbol) 2,8

4. Nyu York Yankees (beyzbol) 2,5

5. Dallas Kovboys (Amerikan futbolu) 2,3

6. Los Anceles Dodgers (beyzbol) 2,00

7. Bavariya (futbol) 1,8

8. Nyu England Patriots (Amerikan futbolu) 1,8

9. Vaşinqton Redskins (Amerikan futbolu) 1,7

10. Nyu York Giants (Amerikan futbolu) 1,5

Xəbər lenti

DAHA ÇOX XƏBƏR