“Qarabağ”ın 5 potensial rəqibi
Bizi izləyin

İdman

“Qarabağ”ın 5 potensial rəqibi

“Qarabağ”ın 5 potensial rəqibi

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15.00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında başlayacaq mərasimdə "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşəcək.

II təsnifat mərhələsi başa çatmadığından püşkdə cütlər iştirak edəcək. Belə ki, səbətdən "Qarabağ" deyil, "Valletta" - "Qarabağ" cütü çıxacaq. Ümumilikdə isə 17 belə cüt püşkə qatılacaq. Daha 3 çempion isə birbaşa bu mərhələdə yarışa qatılır. Öz ölkəsinin çempionu olmayan 10 komanda da mövsümə start vermək üçün bugünkü püşkü gözləyir.

Artıq son Azərbaycan çempionunun III təsnifat mərhələsində qarşılaşa biləcəyi 5 potensial rəqibləri müəyyənləşib. Qurban Qurbanovun komandası "Valletta" səddini keçəcəyi təqdirdə növbəti mərhələdə məhz bu 5 komandadan biri ilə qarşılaşacaq:

"Zalsburq" (Avstriya)

"Seltik" (Şotlandiya) - "Reykyavik" (İslandiya) cütünün qalibi

BATE (Belarus) - "Skenderbeu" (Albaniya) cütünün qalibi

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Jalgiris" (Litva) cütünün qalibi

"Şerif" (Moldova) - "Sutyeska" (Monteneqro) cütünün qalibi

Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları 29-30 iyul və 5-6 avqust tarixlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm