Olimpiadaya vəsiqə qazanan xanımın gümüşü
Bizi izləyin

İdman

Olimpiadaya vəsiqə qazanan xanımın gümüşü

Olimpiadaya vəsiqə qazanan xanımın gümüşü

Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə qoşulub. Yığma komandamız 3 çəkidə təmsil olunub. Güləşçilərimiz üçüncü yarış gününü 1 gümüş medalla başa vurub.

43 kq çəkidə mübarizə aparan Ülkər Babayeva ilk görüşdə Qazaxstan güləşçisini üstələsə də, yarımfinalda Yaponiya təmsilçinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Rusiya idmançısına məğlub olub və çempionatı 5-ci sırada tamamlayıb.

49 kq-da güləşən Leyla Qurbanova Monqolustan, Polşa və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə gərgin keçən görüşü uduzub və gümüş medalla kifayətlənib.

Xatırladaq ki, Leyla Qurbanova Nanjinqdə keçiriləcək yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm