Məxfi gəlişin üstü belə açıldı -VİDEO
Bizi izləyin

İdman

Məxfi gəlişin üstü belə açıldı -VİDEO

Məxfi gəlişin üstü belə açıldı -VİDEO

“Barselona” klubu ilə müqavilə bağlayan Suares surprizlə qarşılaşıb.

Publika.az xəbər verir ki, ulduz futbolçu Barselona şəhərində tutduğu evə ailəsi ilə birlikdə gizli şəkildə gəlmək istəyib. Amma bütün tədbirlərə baxmayaraq, futbolçunun Barselonaya gəlişindən mətbuat nümayəndələri xəbər tuta biliblər.

Belə ki, idmançı onu evinin önündə gözləyən jurnalistlərin “hücum”una məruz qalıb. Avtomobilindən düşüb evə getmək istəyən Suaresə jurnalistlər yaxınlaşaraq müsahibə almaq istəyiblər. Lakin idmançı qaçaraq evə girib.

Onun ardınca isə həyat yoldaşı və uşaqları qohumları ilə birgə tələsik addımlarla evə doğru gedib. Onlar jurnalistlərin suallarını cavabsız qoyublar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm