“Qartal” ona görə 16 milyon xərclədi
Bizi izləyin

İdman

“Qartal” ona görə 16 milyon xərclədi

“Qartal” ona görə 16 milyon xərclədi

"Beşiktaş" Demba Banın maaşını açıqlayıb.

Publika.az xəbər verir ki, İstanbul klubu "Çelsi"dən transfer etdiyi seneqallı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

2017/18 mövsümünün sonunadək "Beşiktaş"da qalacaq Demba Ba ildə 2,5 milyon avro maaş və 10 min matçbaşı alacaq. Bundan başqa futbolçu mövsümün ilk yarısında 6 matçda ilk "11-lik"də yer alarsa 350, ikinci yarıda 6 dəfə start heyətinə düşsə daha 350 min avro qazanacaq.

"Beşiktaş" bu transferə görə "Çelsi"yə 6 milyon avro verəcək. Məbləğin 1,5 milyonu nağd ödənəcək. Bu ilin 31 dekabırınadək daha 1,5 milyon avro ödəməli olan "Beşiktaş", qalan məbləği 2016-cı ilin 30 iyununadək verməlidi.

Beləliklə, mükafatlar və matçbaşı nəzərə alınmamaqla Demba Banın transferi "Beşiktaş"a 16 milyon avroya başa gələcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm