“Qarabağ”a Avstriya klubu rəqib oldu
Bizi izləyin

İdman

“Qarabağ”a Avstriya klubu rəqib oldu

“Qarabağ”a Avstriya klubu rəqib oldu

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15.00-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında başlayan mərasimdə "Qarabağ"ın da rəqibi müəyyənləşib.

II təsnifat mərhələsi başa çatmadığından püşkdə cütlər iştirak edib. Belə ki, səbətdən "Qarabağ" deyil, "Valletta" - "Qarabağ" cütü çıxıb. Püşk Azərbaycan çempionunun yer aldığı cütü Avstriyanın "Salzburq" klubu ilə üz-üzə qoyub.

Türkiyənin turnirdəki təmsilçisi "Beşiktaş" Hollandiyanın "Feyenoord" klubuna rəqib olub.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Valletta (Malta)//Qarabağ (Azərbaycan) - Salzburq (Avstriya)

Şerif (Moldova)//Sutyeska (Çernoqoriya) - Olborq (Danimarka)

Dinamo (Xorvatiya)//Jalgiris (Litva) - Legiya (Polşa)//Sent Patriks (İrlandiya)

BATE (Belarus)//Skenderbeu (Albaniya) - Kliftonvill (Şimali İrlandiya)//Debretsen (Macarıstan)

Seltik (Şotlandiya)//Reykyavik (İslandiya) - Slovan (Slovakiya)//TNS (Uels)

Dinamo (Gürcüstan)//Aktobe (Qazaxıstan) - Stromsqodset (Norveç)//Styaua (Rumıniya)

Jrinski (Bosniya və Herseqovina)//Maribor (Slovaniya) - Santa Koloma (Andorra)//Makkabi (Təl-Əviv, İsrail)

Rabotniçki (Makedoniya)//HİK (Finlandiya) - APOEL (Cənubi Kipr)

Sparta (Çexiya)//Levadiya (Estoniya) - Malmö (İsveç)//Ventspils (Latviya)

Ludoqorets (Bolqarıstan)//Düdelanj (Lüksemburq) - Partizan (Serbiya)//Torşavn (Farer adaları)

AEL (Cənubi Kipr) - Zenit (Rusiya)

Dnepr (Ukrayna) - Kopenhagen (Danimarka)

Feyenoord (Hollandiya) - Beşiktaş (Türkiyə)

Qrasshoppers (İsveçrə) - Lill (Fransa)

Standard (Belçika) - Panatinaikos (Yunanıstan)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm