Püşk ilk turda “Neftçi”ni Naxçıvana göndərir
Bizi izləyin

İdman

Püşk ilk turda “Neftçi”ni Naxçıvana göndərir

Püşk ilk turda “Neftçi”ni Naxçıvana göndərir

Bu gün Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünün püşkü atılıb.

Publika.az xəbər verir ki, İçəri Şəhərdə yerləşən "Şah Palace" mehmanxanasında baş tutacaq mərasim saat 15.00-da başlayıb.

Püşkatma nəticəsində ilk turda qarşılaşacaq cütlüklər müəyyənləşib. Son mövsümün mükafatçıları - "İnter"lə "Qəbələ" I turda münasibətlərinə aydınlıq gətirəcək.

Çemipion "Qarabağ" autsayder "Sumqayıt"a, "Neftçi" debütant "Araz Naxçıvan"a rəqib olub. "Xəzər Lənkəran" açılış oyununu AZAL-a qarşı keçirəcək. Maliyyə böhranında boğulan "Bakı" isə "Simurq"la üz-üzə gələcək.

Qeyd edək ki, 2014/15 mövsümü 10 komandanın iştirakı ilə baş tutacaq. 4 dövrəli sistemlə keçiriləcək çempionat 36 turdan ibarət olacaq.

Premyer Liqa

2014/15 mövsümü

I tur

Sumqayıt - Qarabağ

İnter - Qəbələ

Araz Naxçıvan - Neftçi

Bakı - Simurq

AZAL - Xəzər Lənkəran

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm