• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bir özbəyin kosmik uğuru

  • İdman
  • 18 İyul 2014 18:35
  • 764 Baxış
Bir özbəyin kosmik uğuru

Braziliyada keçirilən dünya çempionatında Özbəkistandan olan hakim rekord vurdu.

O, mundiallarda 9-cu oyunu da idarə etdi. Bu nailiyyəti heç kim heç vaxt bacarmamışdı. Çempionatın ən xarizmatik hakimlərindən olan Ravşan İrmatovdan danışırıq.

Publika.az xəbər verir ki, 36 yaşlı referi Cənubi Afrikada keçirilən mundialda 5, Braziliyada başa çatan çempionatda isə 4 dəfə oyun idarə etməklə tarixi uğuru gerçəkləşdirib.

Bir çox futbol adamları üçün İrmatov “heç bir yerdən olmayan insan” idi. Sözsüz ki, Cənubi Afrikada keçirilən mundiala qədər. O zaman cəmisi 32 yaşı olan birisinə oyun idarə etmək həvalə olundu.

Ravşanın atası Özbəkistanın məşhur hakimi Seyfəddin İrmatovdu. O həm də yaxşı məşqçidi. Asiyanın ən yaxşı futbolçusu Sərvər Cəfərov məhz onun yetirməsidir. Ravşan isə təsadüfən hakimliyə gəlib. Onun futbolçu karyerasında işi düz gətirmirdi. Hansısa turnirdə hakim ya gecikmiş, ya da heç gəlməmişdi. Bax, bu məqamda İrmatovun şansı gətirdi və oyunu idarə etmək ona həvalə olundu. Hər şey möhtəşəm alınmışdı.

23 yaşında isə o, Özbəkistanın yüksək liqasında oyun idarə edirdi. Aydın görünürdü ki, bu “uşaq” çox uzağa gedəcək.

Özbəkistan Futbol Federasiyası riskə gedərək onun adını FİFA-ya tövsiyə olunan hakimlərin siyahısına daxil etdi. Bundan sonra Ravşanın karyerası kosmik sürətlə qalxmağa başladı. FİFA referesi kimi o ilk ildəcə Finlandiyada keçirilən gənclər arasında dünya çempionatda fit çaldı. Ardınca klublararası dünya çempionatında, dünya çempionatında, Londonda keçirilən Olimpiya oyunlarında hakimlik etdi. Və Braziliyada rekord həddə çatdı.

Hə, yəqin ki, kimsə 4 dəfə dalbadal Asiyanın ən yaxşı hakimi də seçilməyib…

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR