Azərbaycan çempionatının bombardiri Çilidə də “qan” edir
Bizi izləyin

İdman

Azərbaycan çempionatının bombardiri Çilidə də “qan” edir

Azərbaycan çempionatının bombardiri Çilidə də “qan” edir

Ötən mövsüm Premyer Liqanın bombardiri olan Nikolas Kanalesin Çilidə klubunu dəyişib. Belə ki, "Neftçi"nin sabiq üzvü "Kolo-Kolo" klubu tərəfindən "Santiaqo Vanderers"ə icarəyə verilib.

Publika.az xəbər verir ki, Kanales artıq yeni klubunda qol hesabını açıb. Belə ki, ilk iki oyununda fərqlənə bilməyən forvard "Kobreloa" və "Palestino" ilə qarşılaşmalarda rəqib qapısına yol tapıb. Maraqlıdı ki, hər iki matç 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Kanales ötən mövsüm 26 qolla Premyer Liqanın bombardiri olub (31 oyun). O, həmçinin kubokda 1 (5 oyun), avrokubloklarda 3 (12 oyun) qol vurub. Cari mövsümün ilk yarısını "Kolo-Kolo"da keçirən hücumçu 8 oyunda 3 dəfə fərqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm