“Boinq”də “Nyukasl”ın 2 azarkeşi də ölüb
Bizi izləyin

İdman

“Boinq”də “Nyukasl”ın 2 azarkeşi də ölüb

“Boinq”də “Nyukasl”ın 2 azarkeşi də ölüb

Ukraynanın şərqində sərnişin təyyarəsinin vurulması bütün dünyanı üzüntüyə qərq edib.

Publika.az xəbər verir ki, Malayziyaya məxsus “Boinq-777” təyyarəsində İngiltərənin “Nyukasl” klubunun 2 azarkeşi də olub. Con Eldera və Liama Suini Yeni Zelandiyaya gedirmiş.

“Nyukasl” klubu faciə ilə bağlı bəyanat yayıb:

“Con Eldera və Liama Suinin ölümü ilə bağlı dəhşətli xəbər aldıq. Onlar bizim ən sadiq azarkeşlərdən idi. Onların simasını “Nyukasl”ın bütün səfər oyunlarında görürdük. Onlar nəinki əsas komandanın, əvəzedicilərin və gənclərin də oyunlarında stadionda olurdular”.

Klub həmçinin elan edib ki, ser Bobbi Robsonun heykəli yerləşən ərazidə azarkeşlər üçün xüsusi sahə ayrılacaq. Orda azarkeşlər Suini və Elderanın xatirəsini yad edə biləcəklər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm