Çempionumuzun ailəsində ağır itki
Bizi izləyin

İdman

Çempionumuzun ailəsində ağır itki

Çempionumuzun ailəsində ağır itki

London Paralimpiadasının qızıl medalçısı Ramin İbrahimovun ailəsində ağır itki baş verib. İdmançımızın atası vəfat edib.

İbrahimov atası ilə bağlı fikirlərini Publika.az-la bölüşdü:

“Atamı dünən dəfn etdik. Mənim bu səviyyəyə çatmağımda ən böyük əməyi olan insan idi. Onun ən böyük arzusu məni Paralimpiya çempionu kimi görmək idi. Atam arzusuna çatdı və aramızdan getdi”.

Qeyd edək ki, idmançımız sentyabr ayında Amerikada keçiriləcək dünya çempionatına hazırılaşırdı.

Publik.az Ramin İbrahimova və ailəsinə başsağlığı verir, onlara səbr diləyir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm