Dünya çempionu bir oyuna 10 milyon dollar “stavka” edib
Bizi izləyin

İdman

Dünya çempionu bir oyuna 10 milyon dollar “stavka” edib

Dünya çempionu bir oyuna 10 milyon dollar “stavka” edib

Boks üzrə dünya çempionu Floyd Meyzer bukmeker kontorunda 10 milyon dollarlıq pul qoyuluşu edib.

Publika.az xəbər verir ki, dünya çempionu MFL-in final qarşılaşmasında “Denever Bronkos”un qələbəsinə pul yatırıb. Boksçu özü hələ ki, bu məlumatı təsdiqləməyib. Başqa bir məlumata görə, Floyd “Denever”in ilk hissədə qələbəsinə də 3 milyon dollar pul yatırıb.

36 yaşlı dünya çempionu bukmeker həvəskarı kimi tanınır.

O, ötən ilin iyun ayında MBA-nın “Mayami”-“İndiana” qarşılaşmasının nəticəsinə 5,9 milyon dollar pul yatırıb. Həmin vaxt boksçunun proqnozu doğrulub və o, 11 milyon dollar qazanıb.

Qeyd edək ki, MFL-in final görüşü fevralın 3-də keçiriləcək. Finalda “Denever” “Sietl”lə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm