Sabiq kapitan Süleymanovu ələ saldı, maxinasiyadan yazdı
Bizi izləyin

İdman

Sabiq kapitan Süleymanovu ələ saldı, maxinasiyadan yazdı

Sabiq kapitan Süleymanovu ələ saldı, maxinasiyadan yazdı

"Neftçi"nin Avroliqanın II mərhələsinin ilk oyununda Sloveniyanın "Koper" klubuna məğlub olması cəmiyyətdə geniş müzakirə olunur.

Bu məğlubiyyətdən sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov növbəti dəfə istefa verdiyini bildirib. Publika.az xəbər verir ki, “ağ-qaralar”ın keçmiş futbolçuları Mahir Şükürovla Tərlan Quliyev sosial şəbəkədə Süleymanovun istefasına münasibət bildiriblər.

Futbolçular vitse-prezidenti ələ salan şərhlər yazmaqla yanaşı, “Neftçi”dəki maxinasiyalara da eyham vurublar. Türkiyənin "Karşıyaka" klubuyla müqavilə bağlayan Mahir Şükürov "Tahir istefa verir, səhər də gəlir bazada tennis oynayır” yazıb.

"Qarabağ"a keçən Tərlan Quliyev isə Şükürovun şərhinə belə münasibət bildirib:

"Tennis yox e, qaqaş, domino”.

“Neftçi”nin sabiq kapitanı klubdakı maxinasiyalara belə eyham vurub:

“Bizdən qıra bilmirlər, legionerləri gətirib, təzə komanda qurub, bu işi rahat edirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm