Azərbaycanda hakim təyinatlarının sirri
Bizi izləyin

İdman

Azərbaycanda hakim təyinatlarının sirri

Ramin Musayevin etirafına qüvvət

Ramin Musayevin etirafına qüvvət

“Neftçi””nin, “Qarabağ”ın, “Bakı”nın, “İnter”in “Xəzər Lənkəran”dan nəyi əskikdi?

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin sabiq FİFA referisi Fariz Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoyduğu barədə məlumat vermişdik. Xatırladaq ki, bunu PFL-in prezidenti özü etiraf etmişdi.

Musayev bildirmişdi ki, klub prezidenti Mais Mənsimov ondan Yusifovun bir daha “ağ-yaşıllar”ın oyunlarına təyinat almamasını istəyib.

Mənsimov istəyini təcrübəli referinin “Xəzər Lənkəran”ın oyunları zamanı səhvlərə yol verməsi ilə əsaslandırıb. PFL prezidenti də Mənsimovun dəlillərini əsaslı sayaraq, bu xahişi yerinə yetirib: “Düzdü, hakim təyinatlarını AFFA Hakimlər Komitəsi verir.

Amma PFL rəhbəri kimi ixtiyarım var ki, hakimlərdən hansınısa oyunlarımızı idarə etməyə buraxmayım. Mən də bu hüququmdan yararlanaraq, Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoymuşam. Çünki o, həqiqətən də Lənkəran komandasının oyunlarından birində kobud səhvə yol vermişdi”.

Peşəkar Futbol Liqasının prezidentinin belə açıqlaması çox mətləblərin üstünü açır.

Məlum olur ki, Hakimlər Komitəsinin müstəqilliyi əslində kağız üzərindəymiş. Məlum olan daha bir məqam ondan ibarətdir ki, Hakimlər Komitəsinin işinə PFL-in prezidenti qanunsuz müdaxilə edirmiş. Musayevin “PFL rəhbəri kimi ixtiyarım var ki, hakimlərdən hansınısa oyunları idarə etməyə buraxmayım. Mən də bu hüququmdan yararlanaraq, Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoymuşam” deməsi olduqca ziddiyyətlidir. Musayevin hakimlərə qadağa qoymaq üçün heç bir səlahiyyəti yoxdur. O, olsa-olsa Hakimlər Komitəsinə tövsiyə verə bilər. Belə açıqlama onu göstərir ki, Azərbaycn çempionatının keçirilməsinə cavabdehlik daşıyan bir şəxs səlahiyyətlərindən xəbərsizdir. Üstəlik, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Hakimlər Komitəsinin işinə də müdaxilə edir.

Ramin Musayevin bu etirafı mətbuatın illərdir səsləndirdiyi bir faktın təsdiqi oldu. Mətbuat iddia edirdi ki, Azərbaycan futbolunda iddialı klubların hər birinin öz hakimi var. Onlar həmin hakimlərin öz öyunlarına təyinat almasını tələb edir və buna da nail olurlar. Musayev “Xəzər Lənkəran”ın belə tələblə çıxış etdiyini və bu tələbi yerinə yetirdiklərini özü etiraf edib. Deməli, “Qarabağ”ın da, “Neftçi”nin də, digər komandaların da rəhbərləri belə tələblə çıxış edə bilərlər. Ramin Musayev də onların tələblərini yerinə yetirə bilər. “Neftçi””nin, “Qarabağ”ın, “Bakı”nın, “İnter”in “Xəzər Lənkəran”dan nəyi əskikdi?

Kim kimə “xidmət” göstərir?

Ancaq Musayev digər klublar haqda danışmayıb. Amma danışmasa da ortada tutarlı faktlar var. Digər klubların da belə tələblər irəli sürdükləri, Musayevin də bu tələbləri yerinə yetirdiyi, təyinat alan hakimlərin siyahısına baxanda bəlli olur. Azərbaycan çempionatında hakim təyinatlarının altında böyük sirlər yatır. Çempionatın geridə qalan 18 turu ərzində “Qarabağ”ın oyunlarından 10-unu 2 hakim idarə edib. Rəhim Həsənovla Əliyar Ağayev hərəsi 5 dəfə “köhlən atlar”ın qarşılaşmalarında fit çalıblar.

Təyinat baxımından olduqca biabırçı mənzərədi. Amma Ramin Musayevin açıqlaması kontekstindən baxdıqda, bu biabırçı mənzərədə futbol təsərrüfatındakı idaretmə sisteminin siması görünür.

Əminliklə iddia edə bilərik: Əliyar Ağayevlə Rəhim Həsənov “Qarabağ”ın hakimlərdir. Onların bu komandanın oyunlarına mütəmadi təyinat almasını da klub rəhərliyi tələb edir, Ramin Musyev də yerinə yetirir.

Turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Qəbələ”nin də 10 qarşılaşmasını cəmisi 2 hakim idarə edib. Əliyar Ağayev 6, Fariz Yusifov 4 qarşılaşmada fit çalıb. 3-cü turda “Qəbələ” “Sumqayıt”a məğlub olduqdan sonra həmin qarşılşamada baş hakim olan Orxan Məmmədov bir daha bölgə təmsilçisinin oyunlarına təyinat almayıb.

Əliyar Ağayev “İnter”in də oyunlarına ən çox təyinat alan hakimdi. O və Orxan Məmmədov hərəyə 5 dəfə “bankirlər”in qarşılaşmalarında baş hakim funksiyasını yerinə yetiriblər.

Fariz Yusifovu isə “Bakı”nın hakimi hesab etməliyik. Yusifov 5 dəfə “zolaqlılar”ın oyununda fit çalıb. Rəhim Həsənova isə bu missiya 4 dəfə həvalə olunub.

Rauf Cabbarovla Vüsal Əliyev isə “Xəzər Lənkəran” üçün münasib hakim hesab olunurlar. Onların hərəsi 4 dəfə “ağ-yaşıllar”ın oyunlarında iş başında olublar.

Hakim təyinatları zamanı daha bir fakta diqqət edək. Hakimin işi təkcə “qulluq” etdiyi komandanın oyunlarında “xidmət” göstərməkdən ibarət deyil. Bu məsələ ilə bağlı bir sirri də ortadan qaldıraq. Tutaq ki, “Qarabağ” növbəti tur “Qəbələ” ilə (müqayisə şərtidi) qarşılaşacaq. Onda bir tur əvvəl “Qəbələ”nin oyununa “Qarabağ”ın hakimi təyinat alır. Onun xüsusi missiyası olur. “Qəbələ”nin futbolçularına yerli-yersiz sarı və qırmızı vərəqələr göstərmək, komandanın aparıcı futbolçularını cəzalı duruma salamaq. Hakim əvvəlcədən təlimatlandırılır. Ona hansı futbolçunun sarı vərəqə limitini doldurmaq həddində olduğu bildirilir. “Ədalət təmsilçisi” də məhz həmin futbolçuları “qaralayır”. Beləcə, növbəti turda “Qəbələ” “Qarabağ”ın qarşısına zəiflədilmiş heyətlə çıxır. Bu amil oyunun nəticəsinə də böyük ölçüdə təsir edir.

Hesab edirik ki, bir-iki misal gətirməklə Azərbaycan futbolundakı hakim təyinatlarının sirrini yetərincə açmış olduq. Bununla da PFL prezidentinin etirafına qüvvət verdik. Allah da qüvvət verisn!

Bu da hakim təyinatlarının statistik göstəriciləri. Bu göstəricilərə baxmaqla özünüz də bəzi sirlərdən agah ola bilərsiz.

“Qarabağ”

Rəhim Həsənov- 5oyun (1, 3, 8, 13 və 17-ci turlar)

Əliyar Ağayev- 5 (4, 9, 12, 15, 18)

Vüsal Əliyev- 3 (1, 11, 16)

Rauf Cabbarov -2 (7, 14)

Ramil Diniyev- 1 (5)

Səbayel Qurbanova- 1 (6)

Ömər Paşayev – 1 (10)

“Qəbələ”

Əliyar Ağayev- 6 (2, 4, 6, 10, 12, 17 )

Fariz Yusifov – 4 (1, 8, 14, 18)

Vüsal Əliyev- 3 (5, 13, 15)

Rəhim Həsənov- 3 (7, 11, 16)

Orxan Məmmədov- 1 (3)

Rauf Cabbarov- 1 (9)

“Neftçi”

Əliyar Ağayev- 4 (3, 7, 11, 17)

Vüsal Əliyev- 3 ( 1, 6, 16)

Fariz Yusifov- 3 (4, 13, 15)

Rəhim Həsənov- 3(5, 8, 14)

Orxan Məmmədov – 3 (10, 12, 18)

Ramil Diniyev- 1 (2)

Rauf Cabbarov- 1(9)

“İnter”

Əliyar Ağayev- 5( 2, 5, 10, 16, 18)

Orxan Məmmədov –5 (8, 11, 13, 17)

Rəhim Həsənov -3 (1,9, 14)

Vüsal Əliyev- 2 (6, 12)

Rauf Cabbarov-1 (3)

Elvin Əsgərov-1 (4)

Fariz Yusifov-1 (7)

“Bakı”

Fariz Yusifov- 5 ( 1, 7, 11, 13, 18)

Rəhim Həsənov- 4 (2, 5, 10, 17)

Ramil Diniyev- 3 (4,6,12)

Əliyar Ağayev-2 (9, 14)

Vüsal Əliyev- 1 (3)

Elvin Əsgərov- 1 (8)

Orxan Məmmədov- 1 (15)

Rauf Cabbarov- 1 (16)

“Simurq”

Əliyar Ağayev- 4 (3, 5, 11. 15)

Ramil Diniyev- 4 (4, 9, 12, 17)

Rəhim Həsənov-3, (6, 16, 18)

Orxan Məmmədov- 2 (11,13)

Fariz Yusifov- 2 (2, 8)

Rauf Cabbarov- 2 (7, 10)

Vüsal Əliyev- 1 (14)

AZAL

Vüsal Əliyev- 3 (1,4,7)

Rəhim Həsənov- 3 (2,10,13)

Rauf Cabbarov- 3 (3, 8,15)

Ramil Diniyev- 3 (5,19,17)

Orxan Məmmədov- 3 (11,16,18)

Fariz Yusifov- 2 12, 14)

Əliyar Ağayev- 1 (6)

“Xəzər Lənkəran”

Rauf Cabbarov- 4 (1, 10, 15, 17)

Vüsal Əliyev- 4 (5, 7, 11, 13)

Fariz Yusifov- 2 (2, 4)

Orxan Məmmədov- 2 (8, 12)

Əliyar Ağayev- 2 (14, 16)

Rəhim Həsənov- 1(3)

Ramil Diniyev- 1 (6)

Elvin Əsgərov – 1 (9)

Ramil Əhmədov – 1 (18)

“Rəvan”

Vüsal Əliyev- 4 (3, 5, 12, 15)

Orxan Məmmədov- 3 (1, 10, 16)

Rauf Cabbarov- 3 (8, 14, 17)

Elvin Əsgərov- 2 (4, 9)

Rəhim Həsənov- 2 (7, 18)

Ramil Diniyev- 1 (2)

Səbayel Qurbanova- 1 (6)

Fariz Yusifov- 1 (11)

Əliyar Ağayev- 1 (13)

“Sumqayıt”

Vüsal Əliyev- 3 (2, 4, 14)

Fariz Yusifov- 3(5, 12, 15)

Rəhim Həsənov- 3 (6, 9, 11)

Rauf Cabbarov- 2 (1, 16)

Orxan Məmmədov - 2 (3, 17)

Əliyar Ağayev- 2 (7, 13)

Ömər Paşayev- 1 (10)

Ramil Əhmədov- 1 (18)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm