Oliver Kan: ““Çelsi” ÇL-i “satın aldı”
Bizi izləyin

İdman

Oliver Kan: ““Çelsi” ÇL-i “satın aldı”

Oliver Kan: ““Çelsi” ÇL-i “satın aldı”

“Bavariya”nın əfsanəvi qapıçısı Oliver Kan müasir futbolda pulun önəmli faktor olduğunu vurğulayıb.

Publika.az-ın verdiyi məlumata görə, Kan Çempionlar Liqasını qazanmaq üçün 300 milyon dollarlıq büdcə tələb olunduğunu bildirib: “Məhz bu qədər büdcə ilə “Çelsi” 2012-ci ildə istəyinə çatdı. Pul müasir futbolda böyük önəm kəsb edir.

Məsələn, Bundesliqaya yüksəlmək üçün 20-25 milyon dollarlıq büdcə tələb olunur. Amma Çempionlar Liqasını qazanmaq üçün büdcəni 300 milyona qaldırmaq lazımdı.

“Çelsi” kuboku bu yolla “satın aldı”. İndi eyni yolla “Mançester Siti”, “Real”, “Barselon”a, “Bavariya” da gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm