Əfsanəvi futbolçunun başına tapança tuşladılar
Bizi izləyin

İdman

Əfsanəvi futbolçunun başına tapança tuşladılar

Əfsanəvi futbolçunun başına tapança tuşladılar

“İnter”in əfsanəvi kapitanı Xavyer Zanetti xoşagəlməz olayla üzləşib.

Publika.az xəbər verir ki, Xavyer vətəni Argentinanın Banfild şəhərində silahlı soyğuna məruz qalıb.

Atası ilə birgə olan Zanetti belə demək mümkünsə, o dünyanı görüb qayıdıb. Xavyer jurnalistlərə bildirib ki, soyğunçular onun başına tapança tuşlayaraq, avtomobili tərk etməsini istəyiblər.

Cinayətkarlar Zanettinin avtomobilinə əyləşərək hadisə yerini tərk ediblər. Araşdırmalara başlayan polis hələ ki, soyğunçuların izinə düşə bilməyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm