Futbolçu intihar etdi
Bizi izləyin

İdman

Futbolçu intihar etdi

Futbolçu intihar etdi

Almaniyanın “Şpandau Kikers” klubunun futbolçusu Andres Birmann intihar edib.

Publika.az xəbər verir ki, futbolçunun meyiti öz evində tapılıb. Klubun meneceri Günter Haqedorn bildirib ki, futbolçu depressiyadan əziyyət çəkirmiş:

“Andres intihar edib. Biz hamımız şokda və dərin kədər içindəyik”.

Futbolçu uzun illər depressiyadan əziyyət çəkib. O, 2003, 2009, 2012-ci illərdə də intihara cəhd edib.

Qeyde dək ki, Brimann karyerası ərzində “Sankt-Pauli”, “Union” klublarının da şərəfini qoruyub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm