“Fənər”in keçmiş futbolçusunu Braziliyada döydülər
Bizi izləyin

İdman

“Fənər”in keçmiş futbolçusunu Braziliyada döydülər

“Fənər”in keçmiş futbolçusunu Braziliyada döydülər

"Fənərbaxça"nın keçmiş futbolçusu Andre Santosa hücum ediblər.

Publika.az xəbər verir ki, hadisə Santosun da formasını geyindiyi "Flamenqo"nun “İnternasional"la oyunda 0-4 hesabı ilə məğlub olmasından sonra baş verib.

“Flamenqo” fanatları 90 dəqiqə meydanda qalan futbolçunun oyunundan razı qalmayaraq onun üzərinə hücum çəkərək döyməyə başlayıblar.

Təhlükəsizlik işçilərinin verdiyi məlumata görə, 15 nəfərə qədər tərəfdarın təpik və yumruqlarla hücum etdiyi oyunçu ölümdən güclə xilas olub.

Hadisə şahidləri Santosun tərəfdarların əlindən qaçana qədər ağır zərbələr aldığını, üzündə şişmə və gözündə də qanamanın meydana gəldiyini, tanınmaz hala düşdüyünü deyiblər.

İddialara görə, hirsi soyumayan tərəfdarlar Santosdan sonra qapıçı Felipeyə də hücum çəkmək istəyiblər.

Tərəfdarlar baş məşqçi Ney Frankonun da istefa verməsini istəyiblər.

Qeyd edək ki, 7 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alan, ard-arda 3-cü matçda məğlub olan "Flamenqo" 8 oyundur 3 xala həsrət qalıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm