Ronaldonun oğluna anasının öldüyünü deyiblər
Bizi izləyin

İdman

Ronaldonun oğluna anasının öldüyünü deyiblər

Ronaldonun oğluna anasının öldüyünü deyiblər

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo 4 yaşlı oğlu Kriştianinyodan onun bioloji anası barədə məlumatı gizlətmək niyyəti yoxdur.

Publika.az xəbər verir ki, 2010-cu ildə Ronaldoya bioloji övlad dünyaya gətirən qadının kimliyi sirr saxlanılır.

Ronaldonun bacısı Elma belə deyib:

“Bir dəfə ona anasının göylərdə olduğunu dedik. Lakin qardaşım və anam ona bir də belə söz deməməyi tapşırdı. İndi isə biz ona anasının səyahət etdiyini deyirik. O bu haqda unudub və daha bu sualı vermir.

Əgər gələcəkdə Kriştianinyo bioloji anasının kim olduğunu öyrənmək istəsə, bu, onun qərarı olacaq və heç kim onun qarşısını almayacaq”.

Balaca Kriştianinyo İspaniyada məşhur atası və nənəsi Doloreslə yaşayır. Dolores bu yaxınlarda buraxdırdığı avtobioqrafik kitabda qeyd edib ki, Kriştianinyonun anasının kim olduğu heç bir zaman açıqlanmayacaq.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm