Makedoniya çempionatının bombardiri Lənkəranda
Bizi izləyin

İdman

Makedoniya çempionatının bombardiri Lənkəranda

Makedoniya çempionatının bombardiri Lənkəranda

"Xəzər Lənkəran" makedoniyalı Deyan Blajevskini heyətinə cəlb edib. Publika.az xəbər verir ki, artıq klubun rəsmi saytı bu futbolçunun transferini təsdiqləyib.

Hücumda və yarımmüdafiənin solunda çıxış edən 28 yaşlı Blajevski peşəkar yoluna yerli "Pelister"də başlayıb. 2008-ci ildən etibarən futbolçunun karyerasında Yunanıstan dönəminə start verilib. "Asteras", "Veria" və "Pierikos"da çıxış etdikdən sonra, ölkəsinin "Turnovo" klubu ilə müqavilə imzalayıb.

Bu komandada iki ilə 40 qola imza atan futbolçu, hazırkı mövsümün ilk yarısından sonra Makedoniya çempionatının bombardirlər siyahısına başçılıq edir (19 qol). Makedoniya milli komandasının heyətində iki oyun keçirmiş Blajevski, burada da bir dəfə fərqlənməyi bacarıb.

Futbolçu ilə klub arasında imzalanan müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm