İngiltərənin də əfsanəsi getdi
Bizi izləyin

İdman

İngiltərənin də əfsanəsi getdi

İngiltərənin də əfsanəsi getdi

İngiltərənin əfsanəvi futbolçularından olan Stiven Cerard milli karyerasına son qoyduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə məlumatı yerli mətbuata açıqlamasında deyib.

Stiven Cerard bildirib ki, indiyə kimi ölkəsinin şərəfini qorumaqdan böyük zövq alıb: "Belə bir qərarı vermək çox çətindir. Bu barədə uzun müddətdir düşünürəm. Mənə yaxın olan insanlardan - keçmiş oyunçular və məşqçilərərdən çox tövsiyələr aldım. Doğurdan da çox çətindir. 18 yaşımdan bəri peşəkar həyatımda verdiyim ən çətin qərar idi".

Xatırladaq ki, Braziliyada keçrilən dünya çempionatında Cerard komandasını kapitan kimi meydana çıxartmışdı. Cerard İngiltərə yığmasının heyətində 114 matçda oynayıb, 21 qol vurub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm