İdman
6 ildə toplanan sərvət – 129 medal
İyulun sonunda Azərbaycanda növbəti dəfə “Qızıl Qran-Pri” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, tarixi 2008-ci ildən başlanan bu yarış elə ilk gündən FİLA-nın təqvimində ən mühüm tədbirlərdən biri kimi seçilir.
Turnirin həm Azərbaycan, həm də dünya güləşi üçün əhəmiyyəti çox yüksək qiymətləndirilir. Çünki hər dəfə müvafiq yarışlarda dünya güləşinin mövcud vəziyyəti, ümumi səviyyəsi, qarşıdakı vəzifələr müəyyənləşdirilir.
İndiyədək təşkil olunan 6 turnir pəhləvanlarımızın uğurları ilə əlamətdar olub. İlk yarışlarda həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşçilərin mübarizəsində üst-üstə 22 medal müntəzəm qələbələr üçün bünövrə yaratdı. Fərid Mansurov, Fuad Əliyev, Rövşən Bayramov, İlqar Abdulov, Həsən Əliyev, Vitali Rəhimov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, Sona Əhmədli, Mariya Stadnik, Yuliya Ratkeviç və bir çox başqaları müxtəlif mövsümlərdə qələbələrilə Azərbaycanın güləş ənənələrini daha da zənginləşdiriblər.
Bütövlükdə 42 qızıl, 32 gümüş və 55 bürünc – ümumən 129 medal. Ölkəmizin güləş ustalarının indiyədək 6 turnirdə nəticələri belədir. İyulun 25-dən 27-dək Bakıda 7-ci turnir olacaq. Yarışın davam etdirilməsi, onun yenidən paytaxtımıza həvalə olunması FİLA-nın Azərbaycan Güləş Federasiyasına etimadının, habelə turnirin bu dəfə də yüksək səviyyədə təşkil olunacağına inamının ifadəsidir.
Həm federasiyanın mütəxəssisləri, həm də seçmə komandamızın üzvləri qarşıdakı sınağa ciddi hazırlaşırlar. Rəqiblər heç də asan olmayacaq. Yarışlarda dünyanın ən güclü komandaları – Türkiyə, Rusiya, İran, Gürcüstan, Bolqarıstan, Amerika Birləşmiş Ştatları, Almaniya və başqa ölkələrin güləşçilərinin iştirakı gözlənilir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!