Portuqaliyalı "Qəbələ"də
Bizi izləyin

İdman

Portuqaliyalı "Qəbələ"də

Portuqaliyalı "Qəbələ"də

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

Publika.az xəbər verir ki, "qırmızı-qaralar" portuqal hücumçu Yazalde Qomeş Pintonu sıralarına qatıb.

1988-ci il təvəllüdlü hücumçu "Braqa"nın heyətindən cəlb olunub. O, növbəti mövsümü "Qəbələ"də icarə əsasında keçirəcək.

Yazalde "Varzim" klubunun yetirməsidir. O, 2007-ci ildə əsas komandanın heyətində də çıxış edib. "Varzim"in əsas komandasında meydana çıxdığı 35 oyunda 8 dəfə fərqlənib.

Bundan sonra "Braqa" rəsmilərinin diqqətini cəlb edən forvard bu komandaya transfer olunub. Ancaq "Braqa"da işləri uğurlu alınmayan portuqaliyalı ölkəsinin "Olhanense", "Rio Ave", "Beyra Mar" klublarına icarəyə verib. Pintonun son klubu isə Rumıniyanın "Astra" klubu olub.

25 yaşlı hücumçu müxtəlif vaxtlarda Portuqaliyanın U-20 və U-21 komandalarında da çıxış edib. Yazalde, millinin formasında meydana çıxdığı 25 oyunda 7 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm