Gəldi, tibbi müayinədən də keçdi
Bizi izləyin

İdman

Gəldi, tibbi müayinədən də keçdi

Gəldi - Tibbi müayinədən də keçdi

Dünya çempionatının bombardiri Xames Rodriges “Real”la müqavilə bağlamaq üçün Madridə gəlib.

Publika.az xəbər verir ki, kolumbiyalı futbolçu bu gün tibbi müayinədən uğurla keçib.

Tibbi müayinədən keçən Xames rəsmi imza mərasimində iştirak üçün "Santyaqo Bernabeu"ya yollanıb.

Rodriqes “Real”la 6 illik sözləşməyə imza atacaq.

Qeyd edək ki, “Real”ın bu transfer üçün “Monako”ya 80 milyon avro ödədiyi, futbolçunun illik məvacibinin isə 7 milyon avro olacağı bildirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm