“Şaxtyor” Ukraynada özünə yeni məkan tapdı
Bizi izləyin

İdman

“Şaxtyor” Ukraynada özünə yeni məkan tapdı

“Şaxtyor” Ukraynada özünə yeni məkan tapdı

Ukraynada yeni futbol mövsümünün startına az qalıb.

Ancaq ölkədə baş verən proseslər futbol təsərrüfatında da əlavə problemlər yaradıb. Publika.az xəbər verir ki, Donetskin “Şaxtyor” komandasının harada məşq edəcəyi və oynayacağı ilə bağlı məsələyə aydınlıq gəlib.

“Şaxtyor” Kiyevdə məşq edəcək, Lvovda isə oynayacaq. Bu barədə klubun rəsmi saytına baş məşqçi Mirça Luçesku danışıb:

“Hələlik ev oyunlarını Lvov stadionunda keçirəcəyik. Bu şəhərdə oynamaq üçün bizə icazə veriblər. Kiyevdə isə məşq edəcək, yaşayacağıq. Artıq Lvovla tanış olmuşuq. Şəhər hamının xoşuna gəlib. Qərara almışıq ki, Çempionlar Liqasının oyunlarını da burda keçirək”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm