Pəhləvanlarımızın İstanbul sınağı
Bizi izləyin

İdman

Pəhləvanlarımızın İstanbul sınağı

Pəhləvanlarımızın İstanbul sınağı

Fevralın 1-2-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir keçiriləcək.

Ahmet Cömert Spor Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək. Publika.Az –ın Güləş Federasiyasından aldığı məlumata görə, turnirdə 10 pəhləvanımızın iştirakı gözlənilir.

Məşqçilər korpusu bu dəfə Eldəniz Əzizli (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq), Saman Təhmasibi (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, fevralın 1-də 59, 71, 80 və 98 kq, fevralın 2-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Final görüşləri Bakı vaxtı ilə hər gün saat 19.00-da başlayacaq və “TRT-spor”dan canlı yayımlanacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm