Aqil Abbas Abdulbari Gözəli müdafiə etdi: “Qarabağ” Ağdamın deyil”
Bizi izləyin

İdman

Aqil Abbas Abdulbari Gözəli müdafiə etdi: “Qarabağ” Ağdamın deyil”

Aqil Abbas Abdulbari Gözəli müdafiə etdi: ““Qarabağ” Ağdamın deyil”

"Qarabağ"ın prezidenti Abdulbari Gözəlin mətbuata açıqlamsında ağdamlılara qarşı hörmətsizlik etdiyi barədə məlumat vermişdik.

Belə ki, klub prezidenti “Qarabağ” oyunlarını Ağdamda nə vaxt keçirəcək” sualına “ağdamlılar istəyirlərsə, özlərinə kiçik bir klub yaratsınlar” cavabını vermişdi.

Abdulbari Gözəlin açıqlamasına millət vəkili Aqil Abbasın münasibətini öyrəndik. Publika.az-a danışan millət vəkili Abdulbari Gözəli dəstəklədiyini bildirdi:

“Düz deyir, razıyam. Mən özüm də bu barədə 5 ildən çoxdur yazıram, efirlərdə də deyirəm.

“Qarabağ” Azərbaycanın fəxridir, amma Ağdamın deyil. Ağdamlılar öz idmanını inkişaf etdirməli, bir klub yaratmalıdır. Burada qeyri-adi bir söz deməyib.

Təkcə bir sözlə razı deyiləm ki, deyirlər “Qarabağ”da ağdamlılar oynayanda komanda Avropaya gedə bilmirdi. Bu tamamilə yalandır, açıb tarixi vərəqləsinlər, görəcəklər ki, heyətdə ağdamlılar olan zaman komanda Avropa oyunlarına gedib.

Düzdür, indi gənclərdən ibarət heyətlərdə ağdamlılar var. Həmin klubda ağdamlı məşqçilər də çalışır. Ağdamlılar özlərinə komanda yarada bilər. Çünki Ağdamda həmişə futbol olub. Klub yaranarsa, “Qarabağ” üçün də futbolçu yetişdirər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm