• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Toğrul Əsgərovun nənəsi danışdı: “Belə olmasını biz də istəmirik”

  • İdman
  • 29 Yanvar 2014 16:16
  • 1 397 Baxış
Toğrul Əsgərovun nənəsi danışdı: “Belə olmasını  biz də istəmirik”

Olimpiya çempionu Toğrul Əsgərovun müəllimi ilə küsülü olması barədə məlumat vermişdik.

Bunu “Şöhrət” ordenli məşqçi Elçin Zahidov mətbuata verdiyi müsahibədə etiraf etmişdi. Elçin Zahidov tələbəsini olimpiya çempionu olandan sonra “göylə aparmaq”da ittiham etmişdi.

Məsələyə münasibət öyrənmək üçün Toğrul Əsgərovla əlaqə saxladıq. Ancaq telefon zəngimizə olimpiya çempionunun nənəsi Aləmzər Hüseynova cavab verdi.

Publika.Az-a danışan Aləmzər nənə Toğrulun müəlimi ilə küsülü olduğunu təsdiqlədi:

“Toğrul həmişə müəlliminin hörmətini saxlayıb. Həmişə onun dediklərinə əməl edib. Amma son vaxtlar bilmirəm nə olub, aralarından nə keçibsə, münasibətləri soyuyub.

Mən bunun hansı səbəbdən baş verdiyini bilmirəm. Təbii ki, biz də istəyərdik ki, onların münasibətləri düzəlsin.

Belə olmasını biz də istəmirik. Toğrul hazırda Gürcüstandadır. O gələndən sonra özü bu barədə ətraflı məlumat verər”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR