Qazaxlar gürcülərə dərs keçdi
Bizi izləyin

İdman

Qazaxlar gürcülərə dərs keçdi

Qazaxlar gürcülərə dərs keçdi

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, dünən bu mərhələnin son 6 oyunu baş tutub.

"Aktobe" Tbilisi "Dinamo"sunu mübarizədən kənarlaşdırıb. Gürcüstan klubunu səfərdə 1:0 hesabı ilə yenən Qazaxıstan klubu evdə darmadağına sevinib - 3:0. Bu qarşılaşmanı azərbaycanl hakim Əliyar Ağayev idarə edib.

"Aktobe" ilə yanaşı, İsveçin "Malmö", Finlandiyanın HİK, Rumıniyanın "Styaua", Slovaniyanın "Maribor" və Polşanın "Legiya" klubları III təsnifat mərhələsinə çıxıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunları

23 iyul

Aktobe (Qazaxıstan) - Dinamo (Gürcüstan) 3:0

Qollar: Aleksey Antonov, 75. İqor Zenkoviç, 82. Abat Aymbetov, 90+4.

İlk oyun - 1:0.

Ventspils (Latviya) - Malmö (İsveç) 0:1

Qol: İsaak Kyese Telin, 15.

İlk oyun - 0:0.

HİK (Finlandiya) - Rabotniçki (Makedoniya) 2:1

Qollar: Robin Lod, 22. Valtteri Moren, 26.

İlk oyun - 0:0

Styaua (Rumıniya) - Stromsqodset (Norveç) 2:0

Qollar: Cornel Rapa, 72. Nikolae Stanku, 84.

İlk oyun - 1:0.

Maribor (Slovaniya) - Jrinski (Bosniya və Herseqovina) 2:0

Qollar: Dare Vrşiç, 45. Ayim İbraimi, 57-pen.

İlk oyun - 0:0.

Sent Patriks (İrlandiya) - Legiya (Polşa) 0:5

Qollar: Miroslav Radovib, 25; 82. Miçal Ziro, 69. Marek Saqanovski, 87. Konan Birne, 90+2 (avtoqol).

İlk oyun - 1:1.

Üçüncü təsnifat mərhələsinin bütün cütlərini təqdim edirik:

Qarabağ (Azərbaycan) - Zalsburq (Avstriya)

Slovan (Slovakiya) - Şerif (Moldova)

Debretsen (Macarıstan) - BATE (Belarus)

Olborq (Danimarka) - Dinamo (Zaqreb, Xorvatiya)

HİK (Finlandiya) - APOEL (Kipr)

Aktobe (Qazaxıstan) - Styaua (Rumıniya)

Sparta (Çexiya) - Malmö (İsveç)

Legiya (Polşa) - Seltik (Şotlandiya)

Maribor (Sloveniya) - Makkabi (Təl-Əviv, İsrail)

Ludoqorets (Bolqarıstan) - Partizan (Serbiya)

AEL (Kipr) - Zenit (Rusiya)

Dnepr (Ukrayna) - Kopenhagen (Danimarka)

Feyenoord (Hollandiya) - Beşiktaş (Türkiyə)

Qrasshoppers (İsveçrə) - Lill (Fransa)

Standard (Belçika) - Panatinaikos (Yunanıstan)

Qeyd edək ki, ÇL-in üçüncü təsnifat mərhələsinin qarşılaşmaları 29-30 iyul və 5-6 avqust tarixlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm