• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İngilislərlə xorvatlar arasında qalmaqal

  • İdman
  • 24 İyul 2014 11:07
  • 775 Baxış
İngilislərlə xorvatlar arasında qalmaqal

“Mançester Siti”nin U-21 komandasının Xorvatiya “Rieka”sı ilə oyunu yarımçıq dayandırılıb.

Publika.az xəbər verir ki, “Mançester Siti”nin futbolçu və məşqçi heyəti meydanı tərk edərək, oyunu davam etdirməkdən imtina ediblər. İngilislər xorvatların irqçi hərəkətindən sonra belə addım atdıqlarını bildiriblər.

Belə ki, “Mançester Siti”nin qaradərili futbolçusu Ceko Fofana “Rieka”nın futbolçusunun irqçi təhqirlərinə məruz qalıb.

“Mançester Siti” məsələni Xorvatiya Futbol Federasiyası ilə birgə araşdıracaq.

“Rieka” rəhbərliyi isə hər hansı irqçi hərəkətə yol vermədiklərini bildirirlər. Xorvatlar iddia edirlər ki, baş məşqçi Patrik Vieyra hakimlə söhbət edərək, heç bir izah vermədən komandanı meydandan çıxarıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR